İlon Maskın sərvəti rekord səviyyədə aşağı düşdü

İlon Maskın sərvəti rekord səviyyədə aşağı düşdü

İlon Maskın sərvəti 2021-ci ilin sonundan bəri 200 milyard dollardan çox azalıb. Bu isə bir insanın dünya tarixində indiyə qədər itirdiyi ən böyük məbləğdir.

AzerTimes xəbər verir ki, bu barədə Blumberq məlumat yayıb.

Məlumata görə, Maskın sərvəti 2021-ci ilin noyabrında təxminən 340 milyard dollar olub. Lakin təsis etdiyi elektrik avtomobil istehsalçısı “Tesla” şirkətinin səhmlərinin kəskin azalması və Tvitteri 44 milyard dollara aldıqdan sonra onun aktivləri azalıb. Hazırda Maskın sərvəti 137 milyard dollar olaraq qiymətləndirilir.

Qeyd edək ki, milyarderlər sıralamasında hazırda İlon Mask ikinci yerdədir.

Teqlər: