İlon Maskın sərvəti bir gündə 32 milyard dollar artıb

Amerikalı sahibkar İlon Maskın sərvəti “Tesla” şirkətinin səhmlərinin əhəmiyyətli dərəcədə artması nəticəsində bir gündə 32,6 milyard dollar artaraq 304,2 milyard dollara çatıb.

AzerTimes-ın məlumatına görə, bu göstəricilər “Forbes” jurnalının milyarderlər reytinqində qeydə alınıb.


İ.Mask nəticədə yenidən 300 milyard dollardan çox sərvəti olan insan olub. 2021-ci ilin noyabrında o, artıq belə bir nəticə əldə edib.