Amerikalı sahibkar İlon Maskın sərvəti “Tesla” şirkətinin səhmlərinin əhəmiyyətli dərəcədə artması nəticəsində bir gündə 32,6 milyard dollar artaraq 304,2 milyard dollara çatıb.
AzerTimes-ın məlumatına görə, bu göstəricilər “Forbes” jurnalının milyarderlər reytinqində qeydə alınıb.
İ.Mask nəticədə yenidən 300 milyard dollardan çox sərvəti olan insan olub. 2021-ci ilin noyabrında o, artıq belə bir nəticə əldə edib.