İlon Maskın layihəsi milyardlarla dollar dəyərində qiymətləndirilib

İlon Maskın təsis etdiyi ABŞ-ın infrastruktur və tunel şirkəti
olan “Boring Company” maliyyələşdirmə raundunda investorlardan 675
milyon dollar cəlb edib.

AzerTimes-ın məlumatına görə, beləliklə, investorlar layihəni 5,6
milyard dollar dəyərində qiymətləndiriblər.

Üç il əvvəl 2016-cı ildə qurulan firma artıq investorlardan 120
milyon dollar cəlb edib – o zaman şirkət 920 milyon dollar
dəyərində qiymətləndirilib.

Həmin vəsait hesabına “Loop Transportation System” layihələrinin
dizaynı, istismarı və istehsalı üçün əməkdaşların işə
götürülməsinin maliyyələşdirməsi planlaşdırılır.