İlon Mask məhkəməyə verildi

İlon Mask məhkəməyə verildi

“Tesla” şirkətinin səhmdarı Solomon Çau şirkətdə irqi və cinsi ayrı-seçkiliyə görə Direktorlar Şurası və şəxsən şirkətin sahibi İlon Maskı məhkəməyə verib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

“Tesla”nın liderləri şirkətdə illərdir sistematik olaraq irqi və cinsi ayrı-seçkilik edirlər. İş yerində belə atmosfer şirkətin səhmdarlar qarşısında öhdəliklərini yerinə yetirməməsindən xəbər verir və qiymətli kağızlar qanununu pozur”, – Çau bildirib.

Şirkət isə bildirir ki, o, “resurs qrupları” ayırıb və hər bir yeni işçiyə ayrı-seçkilik əleyhinə mövzularda təlim keçirlər.

Qeyd edək ki, “Tesla”nın Texas ştatının Ostin şəhərində yerləşən baş ofisində 100 minə yaxın işçi fəaliyyət göstərir.

Teqlər: