İlon Mask Gürcüstanda şirkət açdı

İlon Mask Gürcüstanda şirkət açdı

“Tesla” və “SpaceX”in rəhbəri İlon Maska məxsus “Starlink” şirkətinin Gürcüstanda törəməsi yaradılıb.

AzerTimes xəbər verir ki, təsisçisi “Starlink Holdings Netherlands” şirkəti olan “Starlink Georgia”nın fəaliyyətinə icazənin alınması üçün Gürcüstanın Kommunikasiyaların Tənzimlənməsi üzrə Milli Komissiyasına müraciət edilib.

Şirkət Gürcüstanda yüksək dağlıq rayonları və indiyədək internetə keyfiyyətli çıxışın təminatının mümkün olmadığı yaşayış məntəqələrini internetlə təchiz etməyi hədəfləyir.

Teqlər: