İlkay Gündoğan “Barselona”da

İlkay Gündoğan “Barselona”da

İngiltərənin “Mançester Siti” komandasının futbolçusu İlkay Gündoğan İspaniyanın “Barselona” komandasına transfer olub.

AzerTimes xəbər verir ki, bu barədə italiyalı tanınmış insayder Fabritsio Romano məlumat verib.

Bildirilib ki, Gündoğanla yeni klubu arasında 2+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, İlkay Gündoğan 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi. Onun “şəhərlilər”lə sözləşməsi iyunun 30-da başa çatacaq.

Daha öncə də onun “Barselona”ya transfer olduğu barədə xəbərlər yayılmış, ancaq bu, təsdiqini tapmamışdı.

Teqlər: