İlin sonunadək Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 10 milyard kubmetrə çatmalıdır – Nazir

Bu ilin sonunadək Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına (Aİ)
tədarükün həcmi 10 milyard kubmetrə çatmalıdır.

Trend-in
məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Bakıda
keçirilən 27-ci Energetika forumunda deyib.

“İlin əvvəlindən Azərbaycan ümumilikdə (Türkiyə, Gürcüstan, Aİ)
6,8 milyard kubmetr qaz ixrac edib. Biz ilin sonunadək bu
göstəricini 16 milyard kubmetrədək çatdırmağı planlaşdırırıq”, –
nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə
tədarükü Avropanın enerji təchizatını təmin edib.

Nazir əlavə edib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”
yataqlarından mənfəət 163 milyard dollara, neftin həcmi isə 555
milyon tona çatıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: