Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən
özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin təqdim edilməsi
prosesi davam edir.
Bu ilin əvvəlindən proqram çərçivəsində daha 2300-ə yaxın işsiz
və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim
edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.
Həmin vətəndaşların mühüm hissəsini şəhid ailələrinin üzvləri,
müharibə iştirakçıları təşkil edir.