İlin ən yaxşı referisi o seçildi

İlin ən yaxşı referisi o seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı hakimlərini açıqlayıb.

AzerTimes xəbər verir ki, bu ada polşalı Şimon Marçinyak layiq görülüb.

43 yaşlı ədalət təmsilçisi 175 xalla birinci pillədə qərarlaşıb.

İtaliyalı Daniele Orsato (95) ikinci, fransalı Klemen Turpin (64) üçüncü olub.

Teqlər: