İlham Əliyevlə bu barədə danışmışam – Ərdoğan

İlham Əliyevlə bu barədə danışmışam – Ərdoğan

Mən bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə regiondakı hadisələrlə bağlı danışmışam. Azərbaycan Prezidenti vəziyyətin müsbət istiqamətdə irəlilədiyini bildirdi. Artıq bildiyiniz kimi, Azərbaycan Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli formatda görüşləri olub. Prezident İlham Əliyev həmin görüşün müsbət keçdiyini qeyd etdi. Həmin görüşdən sonra biz Prezident İlham Əliyev ilə yenidən görüşdük. Biz yolumuza davam edirik və inşallah, tezliklə həmin bölgədə yerləşən hava limanının açılışı olacaq.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasından səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

Prezident Ərdoğan İran ilə Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət və mədəni sahələr üzrə atılacaq addımlar, növbəti prosesləri necə inkişaf etdirəcəkləri barədə müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Rusiya ilə Ukrayna arasında gərginliyə toxunan Türkiyə Prezidenti Rusiyanın dövlət başçısı ilə bu məsələ ətrafında da danışıqlarının olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Rusiya ilə təbii qaz, “Akkuyu” və digər məsələlərdə həmrəylik davam edir və edəcək.

Teqlər: