İlham Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirildi

İlham Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirildi

Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi keçirilir.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, tədbirdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və digər rəsmilər iştirak edir.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov kitab haqqında məlumat verərək bildirib ki, onun müəlliflərindən biri tədbirdə iştirak edən nazir Zakir Həsənovdur:

“Savasdan sonra tarix yazılır, zəfər çalmış fateh komandanlar haqqında da dastanlar yazılır. Zəfərlə bitən Qarabağ savaşından cəmi iki il keçməsinə baxmayaraq cənab Prezidentimiz İlham Əliyev haqqında da kitablar yazılır. Bu gün yazılmış o dastanlardan birinin Türkiyə türkcəsində olan variantının təqdimatı üçün buraya toplanmışıq”.

Teqlər: