İlham Əliyev Tailand Kralına məktub göndərdi

İlham Əliyev Tailand Kralına məktub göndərdi

Prezident İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya təbrik məktubu ünvanlayıb.

AzerTimes məktubun mətnini təqdim edir:

“Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Teqlər: