İlham Əliyev İmaməlini Bakıya dəvət etdi

İlham Əliyev İmaməlini Bakıya dəvət etdi

Mən əziz dostum, qardaşım İmaməli Şərifoviç Rəhmana qonaqpərvərliyə, əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. İmaməli Şərifoviç, fürsətdən istifadə edib Sizi Azərbaycana səfərə dəvət etmək istərdim.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti İmaməli Rəhman ilə birgə mətbuata bəyanatında deyib.

“İmaməli Şərifoviç Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq. Sağ olun”, – deyə dövlət başçısı bildirib.

Prezident İmaməli Rəhman isə öz növbəsində təşəkkür edib:

“Sağ olun, İlham Heydər oğlu. Məni Azərbaycan Respublikasına səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. İlk münasib imkan yaranan kimi Sizin lütfkar dəvətinizdən mütləq istifadə edəcəyəm”.

Teqlər: