İlham Əliyev Filip Rikeri qəbul etdi: Sülh müqaviləsi…

İlham Əliyev Filip Rikeri qəbul etdi: Sülh müqaviləsi…

10:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

AzerTimes xəbər verir ki, Filip Riker ABŞ dövlət katibi Entoni Blinkenin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Entoni Blinkenə çatdırmağı xahiş edib.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirilib.

Teqlər: