İl ərzində ölkədə 56-60 min ölüm halı baş verir – Nabil Seyidov (FOTO)

İl ərzində ölkədə 56-60 min ölüm halı baş verir. Ötən il 75 min
ölüm faktı qeydə alınıb.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə
və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma
şöbəsinin müdiri Nabil Seyidov İSİM-də keçirilən mətbuat
konfransında deyib.

O bildirib ki, ölüm hallarının artması pandemiya və infeksiyanın
digər xəstəlikləri ağırlaşdırması səbəbindəndir: “Hazırda ölkədə 52
faiz və daha çox ölüm halı ürək-damar xəstəlikləri, 16 faizi
onkoloji, 3-4 faizi şəkərli diabet və ağciyər xəstəlikləri
səbəbindən baş verir. Ürək-damar xəstəliklərinin yaranmasına səbəb
olan bir sıra risk faktorları var. Əsasən tütün məhsullarından
istifadə həmin xəstəliyə tutulma və ölüm riskini artırır. Bundan
başqa, passiv həyat tərzi də bu xəstəliyin yaranmasının başlıca
səbəblərindəndir. Hesablamalara görə 8 saatdan çox oturmaq gün
ərzində 1 qutu siqaret çəkilməsinə bərabərdir. Pandemiya şəraiti də
bu xəstəliyə tutulma riskini artırıb”.

Teqlər: