İkinci “Yüksəliş” müsabiqəsinə qeydiyyat martın 31-də bitəcək

İkinci “Yüksəliş” müsabiqəsinə qeydiyyat martın 31-də
bitəcək.

Trend xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi
Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə bağlı keçirilən
brifinqdə deyib.

O bildirib ki, hesablamalara görə, 10 mindən artıq müraciət
olacaq.

“Bölgələrdə də təqdimatımız olacaq. Regionlarda da müsabiqəyə
marağı olan şəxslərlə görüş keçiriləcək. Pandemiya imkan versə,
avqusta qədər müsabiqəni bitirmək istəyirik” – deyə o əlavə
edib

Teqlər: