İkinci Qarabağ müharibəsi əsir və itkin düşmüş şəxslərə diqqəti bir daha artırdı – BQXK

Xəbər - Elçin Mehdiyev – Trend:

İkinci Qarabağ müharibəsi əsir, itkin, girov düşmüş şəxslərə diqqəti bir daha artırdı və itkin düşmüş şəxslərin ailələri öz yaxınları barədə xəbərlər gözləyirlər.

AzerTimes-ın məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəsi Ariane Bauer deyib.

O bildirib ki, Qızıl Xaç Komitəsi də əsirlər barəsində məlumatları dəqiqləşdirmək və onların ailələrinə məlumatları çatdırmaq üçün əlindən gələni edir: “Biz yenə də dövlətlərə dəstəyimizi göstərəcəyik ki, o ailələrə məlumatları çatdıraq. Bundan sonra da əsir və itkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi üçün dövlətlərə dəstək göstərəcəyik”.

Twitter: @ElchinMehdiyev

Teqlər: