İki rayonda qaz olmayacaq

İki rayonda qaz olmayacaq

Bu gün Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə AzerTimes-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli Magistral Qaz Kəmərində xətti sipərdə baş vermiş nasazlıqla əlaqədar iyunun 7-də saat 14:30-dan etibarən işlər başa çatanadək “Kəndoba” və “Sığırlı” QPS-lərdən qaz təchizatı dayandırılıb.

Təmir işləri aparılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər: