Martın 5-6-da tam orta təhsil səviyyəsi (11 illik) üzrə
keçirilən buraxılış imtahanında 2 nəfər – Bakı şəhəri 125 saylı və
Bakı şəhəri 286 saylı orta məktəblərin məzunları maksimal olan 300
bal toplayıb.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə,onlar 9-cu sinif
buraxılış imtahanında da yüksək nəticə – müvafiq olaraq 278.2 və
276 bal toplayıblar.
Qeyd edək ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 47726
nəfərdən 513 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan
qaydalarını pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunub.