İki müəllim imtahanda ən yüksək nəticə göstərdi

İki müəllim imtahanda ən yüksək nəticə göstərdi

Bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Elm və Təhsil Nazirliyindən AzerTimes-a bildirilib ki, sertifikatlaşdırma prosesinin test mərhələsində Salyanın Salman Cəfərova adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyeva və paytaxtın 2 saylı tam orta məktəbinin müəllimi Şahinə Məmmədova 60 bal toplayaraq günün ən yüksək nəticəsini göstərib.

Qeyd edək ki, iyunun 20-23-də ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, iyunun 24-də isə 8 500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb ediləcək.

Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 mindən çox müəllim dəvət olunub.

Teqlər: