Dekabrın 17-də Bakının Suraxanı rayonundakı dəmiryol keçidində aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, 113 və 191 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemi müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.