295-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

295-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 295-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 344 təyyarəsi, 184 helikopteri, 2669 PUA-sı, 396 zenit-raket kompleksi, 7127 tank və digər zirehli texnikası, 931 reaktiv yaylım atəş sistemi, 3685 artilleriya və minaatanı, 7614 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: