İki gündə atamın saçı ağardı… – Paşayeva

İki gündə atamın saçı ağardı… – Paşayeva

Bu gün 20 Yanvar faciəsinin ildönümdəyik. Sadəcə Azərbaycanda yaşayan soydaşlarımız deyil, harada doğulub, yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın ürəyi hər zaman olduğu kimi bu gün də Azərbaycanla döyünür. Onlar da yaşadıqları həqiqətlərimizi dünyaya çatdırırlar. Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyyədin Kassanov da Azərbaycana gəlib. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin çağırışı var, biz birlikdə güclüyük. Axıska türkləri də Dəmir yumruq kimi yanımızda birləşdilər. Şəhid və qazi oldular. Ali Baş Komandanımız səfər etdiyi bütün ölkələrdə birliyimizin önəmini qeyd edir. Bu da düşmən önəmli bir mesajdır ki, bizim sevincimiz də, kədərimiz də birdir.

AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib.

O, 20 Yanvar faciəsində yaşadığı kədərdən də danışıb:

“O gün həyatımızda ağır bir gün idi. Biz yaş etibarıyla o günü çox yaxşı xatırlayırıq. Mən iki gündə atamın saçının necə ağardığının şahidi olmuşam. Çünki qardaşımı tapa bilmirdik. O tələbə idi. Bütün əlaqələr kəsilmişdi. Televiziyada heç bir məlumat almaq mümkün deyildi. Televiziyadan gerçəklər haqqında məlumat almaq mümkün deyildi. Rabitə bugünki kimi deyildi. Çox ağır xəbərlər eşidirdilər. İnsanlara avtobusda, troleybüsdə atəş açırdılar. Tanklarla abtomobilləri əzirdilər. Teleqüllədə rabitəni kəsmişdilər. Çox dəhşətli bir qətliam və faciə idi. Ümumilli liderimiz Heydər Əliyev o ağır və dəhşətli günlərində Moskvada Azərbaycan nümayəndəliyinə gəlib, sovet rejiminin, Kremlin törətdiyi Azərbaycandakı dəhşətli qətliamı, cinayətləri dünyaya duyurmasından sonra hamımız güvənli olmuşduq. Çünki elə bir sistem idi ki, heç kəsə məlumatları almağa imkan vermirdilər. Daxildə də bu məlumatları ala bilmdirdilər. Dünyanın da bundan xəbəri olmurdu. Amma ümumilli lider həyatı bahasına o cəsarəti göstərdi. Dünya həqiqətləri bildi. Xalqımız böyük dirənc göstərdi. Sovet sisteminin zəifləməsi Azərbaycanla başladı”.

Teqlər: