Avropa ölkələri Berlinə təzyiq üçün koalisiya yaradır

Avropa ölkələri Berlinə təzyiq üçün koalisiya yaradır

Bir sıra Avropa ölkələri Almaniya istehsalı olan tankların Kiyevə ötürülməsi üçün Berlinə təzyiq göstərmək məqsədilə koalisiya yaratmağa çalışır.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Məlumata görə, bununla bağlı Polşanın rəhbərliyi ilə ilk addımlar Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya dəstək üzrə təmas qrupunun iclasında ata bilər:

“Bu addım ABŞ və Qərb müttəfiqlərinin Almaniya rəhbərliyini tanklar məsələsində fikrini dəyişməyə inandırmaq üçün apardıqları yeni çoxtərəfli kampaniyanın bir hissəsidir”.

Teqlər: