İki gün əvvəl Kiyevdə olan Avstriya kansleri Rusiyaya səfər edib

Avstriya kansleri Karl Nehammer Rusiyaya səfər edib.

Trend-in
məlumatına görə, kanslerin paytaxt Moskvada Rusiya prezidenti
Vladimir Putinlə görüşü planlaşdırılır.

V.Putinin mətbuat katibi Dmitri Peskovun görüşün mətbuat üçün
qapalı keçəcəyini, Ukraynadakı vəziyyəti və Rusiyadan təbii qaz
tədarükü, eləcə də ödəniş məsələlərinin müzakirə oluna biləcəyini
bildirib.

Bu, Rusiya prezidentinin Ukraynada hərbi əməliyyatlar
başlayandan bəri Aİ rəsmisi ilə keçirəcəyi ilk görüş olacaq.

Qeyd edək ki, K.Nehammer iki gün əvvəl Kiyevə səfər etmişdi.