Bakı-Şuşa marşrutu üzrə aprel ayı üçün bütün biletlər satılıb

Bakı-Şuşa müntəzəm avtobus reysinə aprel ayına olan biletlərin
hamısı satılıb.

Trend xəbər
verir ki, Şuşaya getmək üçün mayı gözləmək istəməyənlər Füzuli
rayonunun Əhmədbəyli qəsəbəsindən təşkil olunan
Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutu ilə yerinə yetirilən avtobus
reyslərindən istifadə edə bilərlər.

Qeyd edək ki, sərnişinlər biletləri “Yolumuz Qarabağa” portalı
(www.yolumuzqarabaga.az) vasitəsilə onlayn qaydada ala
bilərlər.

Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də
istifadəyə verilib.

Teqlər: