İki güləşçimiz Avropa çempionatının 1/4 finalında

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb.

Həmyerlimiz daha sonra erməni rəqibini “tuşe” ilə xalçadan məyus yola salıb.

Fərid Baxışlı debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Cocu Səmədov 1/8 finalda belaruslu rəqibinə uduzub.

Teqlər: