İki avtomobil kolonu Xankəndiyə buraxıldı

İki avtomobil kolonu Xankəndiyə buraxıldı

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları Gorusdan gələn humanitar yüklü iki avtomobil karvanını bu gün Şuşa yaxınlığındakı aksiya ərazisindən keçirərək, Xankəndiyə çatdırıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Avromobil karvanlarında ümumilikdə nə qədər yük maşını olduğu və onların nə gətirdiyi açıqlanmayıb.

Qeyd edək ki, bu gün Laçın yolundakı aksiya ərazisində rus sülhməramlılara məxsus olduğu bildirilən 58 maşın keçib.

Teqlər: