III ixtisas qrupunda altqrupları ilə bağlı dəyişikliklər təsdiqlənib

Xəbər - Humay Ağacanova – Trend:

III ixtisas qrupunda TC və DT altqruplarının yaradılmasını
nəzərdə tutan dəyişikliklərin Nazirlər Kabineti tərəfindən təsdiq
edilib.

AzerTimes-ın məlumatına görə, bunu DİM-in Direktorlar Şurasının
Sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, TC altqrupuna daxil edilən “Beynəlxalq
münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində
iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində
Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya
fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların
müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat
fənnindən imtahan verəcək. Hər iki altqrupa daxil olan ixtisasların
müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə
Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan
verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən imtahan
verməlidirlər.

“Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı
III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə
uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud
ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki
altqrupu seçmək imkanına malikdirlər”.

Teqlər: