III Çarlza xərçəng diaqnozu qoyuldu

III Çarlza xərçəng diaqnozu qoyuldu

Böyük Britaniya Kralı III Çarlza xərçəng diaqnozu qoyulub və həkimlər ona ictimai vəzifələrini təxirə salmağı tövsiyə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.

Məlumata görə, kral artıq müalicə kursuna başlayıb. Krala yeni diaqnoz onun prostat vəzinin müalicəsi zamanı qoyulub.

Qeyd edək ki, yanvarın 26-da Böyük Britaniyanın 75 yaşlı Kralı prostat vəzinin müalicəsi üçün London xəstəxanasına aparılıb.

Teqlər: