III Çarlz ad gününü bu cür qeyd edəcək

III Çarlz ad gününü bu cür qeyd edəcək

Noyabrın 14-də Böyük Britaniya kralı III Çarlz 74 yaşını qeyd edir. Bu, onun taxta çıxmasından sonra ilk doğum günüdür.

AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə , monarxın ad günü ilə bağlı heç bir rəsmi tədbir nəzərdə tutulmayıb. Bukingem sarayındakı qarovul mərasiminin dəyişdirilməsi zamanı süvari orkestri “Happy Birthday” mahnısı ilə çıxış edəcək. Londonda da artilleriya salamı veriləcək. Kral öz ad gününü ailəsi ilə keçirəcək.

Qeyd edək ki, Britaniya monarxları ənənəvi olaraq yay ayında ad günlərini möhtəşəm qeyd edirlər. Bu ənənəyə 1683-1760-cı illərdə ölkəni idarə edən və eyni zamanda noyabr ayında doğulan II Georgi başlayıb.

Teqlər: