Bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aram İrəvanda keçiriləcək Ümumdünya Erməni Forumunda iştirakdan imtina ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın diaspor üzrə komissarı Zare Sinanyan deyib.
Onun sözlərinə görə, bir neçə ay öncə hər iki katolikosla görüşüb, onlar müxtəlif səbəblərdən tədbirdə iştirak etməyəcəklərini bildiriblər:
“Reallıq budur. II Qaregin dedi ki, səbəbi heç də hakimiyyətin ona mənfi münasibətində deyil. Sadəcə, dövlətin təşkil etdiyi tədbirdə iştirak etmək istəmir. Söhbət bir neçə ay əvvəl olub. I Aram isə dedi ki, hazırda siyasi-ictimai mühit dəyişkən və zəhərlidir, indi görüşmək və toplaşmaq vaxtı deyil. Əlbəttə ki, razı deyiləm. İndi çətin günlərdir və biz toplaşmalı, müzakirələr aparmalıyıq. Mən onların heç birini inandıra bilmədim. Daşnaksütyun da özü cavab verməlidir ki, niyə iştirak etmir. Biz ayrı-ayrı şəxsləri və Daşnaksütyunu dəvət etmişik”.