Fevral ayında COVID-19-a yoluxan Böyük Britaniya kraliçası II
Elizabet xəstəliyi zamanı özünü “çox yorğun və tükənmiş” hiss
etdiyini deyib.
AzerTimes-ın məlumatına görə, bu barədə “BBC” telekanalı xəbər
verib.
Məlumata əsasən, 95 yaşlı Kraliça xəstəxanaya virtual ziyarətdə
iştirak edərək bu zaman atası və qardaşı COVID-19-dan ölən bir
koronavirus xəstəsi ilə söhbət zamanı yaşadığı təcrübədən
danışdı.
“Bu (COVID-19) həqiqətən insanı çox yorğun və tükənmiş edir, elə
deyilmi?” – deyə II Elizabet video danışıq zamanı bildirib.
O, həmçinin koronavirus pandemiyasını “dəhşətli” adlandırıb.