İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA)
Üçüncü Ümumi Konfransının iştirakçılarının Şuşaya səfəri
başlayıb.
AzerTimes-ın məlumatına görə, qonaqlar əvvəlcə Füzuli Beynəlxalq
Hava Limanı ilə tanış olublar və daha sonra isə Şuşa şəhərinə yola
düşüblər.
İƏT PA iştirakçıları Şuşada aparılan bərpa və quruculuq işləri
ilə tanış olacaqlar, həmçinin Şuşa qala divarları, Şəhər meydanı,
X.Natavanın malikanəsi, Cıdır düzü və M.P.Vaqifin məqbərəsini
ziyarət edəcəklər.
Qeyd edək ki, dünən Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib.
Konfransda Assambleyaya sədrlik Pakistandan Azərbaycana keçib.