ADU-nun Konfutsi İnstitutunda “Şuşa, sən azadsan” adlı tələbə seminarı keçirilib

ADU-nun Konfutsi İnstitutunda “Şuşa, sən azadsan” adlı tələbə
seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi
İnstitutunun direktoru Rafiq Abbasov, təməli 1752-ci ildə Qarabağ
xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd
olunacaq Şuşa şəhərinin zəngin inkişaf yolu keçdiyini, Azərbaycanın
və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında
müstəsna rol oynadığını vurğulayıb. O , Şuşa şəhərinin ötən əsrin
70-ci illərində sürətli inkişafının Ümummilli liderimiz Heydər
Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib. R.Abbasov şəhərin
inkişafına dair xüsusi qərarların məhz Ulu Öndərin təşəbbüsü ilə
qəbul edildiyini vurğulayıb.

Rafiq Abbasov Böyük Qələbə Günü münasibətilə seminar
iştirakçılarını təbrik edərək, Azərbaycanın əfsanəvi hərbi
qalalarının çoxəsrlik tarixindən danışıb. O, Qarabağ xanı Pənahəli
xan tərəfindən əsası qoyulmuş Şuşa qalasından da xüsusi söhbət
açıb.

Tədbirdə çıxış edən ADU nəzdində Konfutsi İnstitutunda
istehsalat təcrübəsi keçən Fəridə Həsənova strateji mövqeyi ilə
seçilən Şuşanın Azərbaycana qarşı hərbi təcavüzə başlamış
Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də
işğala məruz qaldığını, işğal dövründə şəhərdəki yüzlərlə tarix və
mədəniyyət abidələrinin dağıldığını qeyd edib.

O, 44 günlük Zəfər müharibəsində tarixə qızıl hərflərlə yazılan
2020 –ci il 8 noyabr Şuşanın işğaldan azad edilməsi haqqında da
ətraflı danışıb. Cənab Prezidentimizin Şuşanın Azərbaycan xalqı
üçün tarixi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
2022-ci ili “Şuşa ili”elan etdiyinidə vurğulayıb.

F. Həsənova Şuşanı tərənnüm edən digər gözəlliklərdən biri də
Xarı bülbül olduğunu , Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə
ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən
“Xarıbülbül” musiqi festivalının əzəmətindəndə bəhs edib.

Seminarda ADU-da təhsil alan çinşünas tələbələr Azərbaycan və
Çin mədəniyyətinin milli rəmzlərinə həsr olunmuş “Xarı bülbül” və
Çinin rəmzi sayılan “Bülbül və qızılgül”: İpək Yolunda mədəni
paralellər” eyni zamanda “Xarı bülbül” və “Bülbül və qızılgül”
simvollarının özünəməxsusluğundan bəhs ediblər. Qeyd olunub ki,
Azərbaycanda Qarabağ xanı İbrahimxəlil xanın qızı, şair xanım
Ağabəyim Ağa yaradıcılığında Xarı bülbülü tərənnüm edib. Qarabağı
vəsf edən xalq mahnısı “Sarı bülbül” mahnısı unudulmur, bu gün də
məşhurdur. Azərbaycan milli geyimlərində və xalçaçılıq sənətində
Xarı bülbül elementindən geniş şəkildə istifadə olunur.

Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümünə həsr olunmuş “Çinin ictimai və siyasi xadimləri Heydər
Əliyev haqqında” inşa müsabiqəsinin qalibləri
mükafatlandırılıb.

Teqlər: