İdmançıların vahid geyim forması təqdim olundu

İdmançıların vahid geyim forması təqdim olundu

Azərbaycan idmançılarının vahid geyim forması təqdim olunub.

AzerTimes-ın məlumatına görə, təqdimat mərasimi Milli Gimnastika Arenasının ərazisində, açıq havada gerçəkləşib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Forma modelyer Mənzər Hacıyeva tərəfindən hazırlanıb və ağ-göy rəngdədir.

Nazir deyib ki, geyimlər üçün böyük şirkətlərə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər:

“Formanın hazırlanması bir ildən çoxdur ki, davam edir. Belçika şirkəti bizə dəstək oldu. Təqdimata gələn idmançılara da təşəkkür edirəm. Onlar fəxr edə bilərlər ki, milli brendimiz məşhur şirkətlərdən geridə qalmır. Növbəti həftə komanda bu formadan Polşadakı Avropa Oyunlarında istifadə edəcək”.

Teqlər: