İdarəçilik bu ssenariləri görmək istəmir… – Fikrətoğlu

İdarəçilik bu ssenariləri görmək istəmir… – Fikrətoğlu

“Atabəylər” serialının üç seriyası yazılıb. Həmin serialın nümayəndələri də burda əyləşib. Nə qədər ki, idarəçilik və kinonu idarə edən sistem bu ssenariləri görmək istəmir və yaxud onlarla işləmir, bu kimi layihələrin taleyi naməlum qalacaq.

AzerTimes xəbər verir ki, bunu serialın ssenari qrupunun rəhbəri, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda deyib.

“Vətənpərvərlik bizim qanımızdadır və burda iştirak edənlərin hamısı bu barədə düşünür və yeri gələndə vətənpərvərlik nümayiş etdirir. Heç bir sənətkara sifariş vermək mümkün deyil. Sadəcə baş vermiş hadisə elə ideoloji kontektdə baş verməlidir ki, onlar özləri vətənpərvərlikdən, şanlı qələbəmizdən yazsınlar”, – Orxan Fikrətoğlu bildirib.

Teqlər: