Azərbaycanda fəaliyyət göstərən “cənub. az” saytının rəhbəri
saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
adıçəkilən xəbər portalının rəhbəri Zahir Əmənov Masallı rayon İcra
Hakimiyyətinin Sığdaş kənd ərazi icra nümayəndəsi İsrafil Əliyevin
şikayəti əsasında saxlanılıb. O icra nümayəndəsindən hədə-qorxu ilə
pul tələb etməkdə təqsirləndirilir.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin
182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi
başlanılıb.