İcra başçısının birinci müavini işdən çıxarıldı

İcra başçısının birinci müavini işdən çıxarıldı

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev vəzifədən azad olunub.

AzerTimes cənublu.az-a istinadən xəbər verir ki, Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib.

Hazırda Lənkəran ŞİH başçısının birinci müavini ilə yanaşı başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsi də boşdur.

Qeyd edək ki, M.Babayev 2017-ci ildə icra başçısının birinci müavini təyin edilmişdi.

Teqlər: