İcra başçısı yanğınlardan danışdı: Onlar cəzasını alacaqlar!

İcra başçısı yanğınlardan danışdı: Onlar cəzasını alacaqlar!

Qubanın Vəlvələ kəndindəki yanğın hadisəsi hüquq-mühafizə orqanlarında araşdırılacaq, günahkarlar öz cəzalarını alacaqlar.

AzerTimes-ın Report-a istinadən xəbərinə görə, bu barədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib.

Onun sözlərinə görə, hadisə ilkin ehtimallara görə, insan ehtiyatsızlığı nəticəsində baş verib.

Yanğının söndürülməsində FHN və ETSN-nin əməkdaşları ilə yanaşı, yerli sakinlər yaxından iştirak ediblər.

“Yanğınla bağlı soyutma işləri aparılır.Heç bir insan tələfatı olmayıb. Hava şəraiti imkan versə, 2 gün ərzində yanğını tam söndürmək mümkün olacaq. Quba rayonunda fərdi təsərrüfatlara heç bir zərər dəyməyib”, – Z.Əliyev deyib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz, Bakı, Salyan, Şamaxı və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, 2 helikopter, 1 amfibiya tipli təyyarəsi və canlı qüvvəsi cəlb edilib.

Teqlər: