İcra başçısı və YAP sədri ağacəkmə aksiyasında – Foto

İcra başçısı və YAP sədri ağacəkmə aksiyasında – Foto

Martın 30-da Xətai rayonunda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində 8 Noyabr prospektində növbəti ağacəkmə aksiyası keçirilib.

AzerTimes xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə ənənəvi olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilər, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kollar əkilir.

Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələri və MKTB-nin kollektivləri iştirak ediblər. Aksiyada ümumilikdə 2000 ağac əkilib.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Teqlər: