İcra başçısı təyin olunan Orxan Mürsəlov kimdir?

İcra başçısı təyin olunan Orxan Mürsəlov kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

AzerTimes Yenisabah.az-a istinadən xəbər verir ki, bu vaxta qədər O. Mürsəlov Prezident Administrasiyasında çalışıb. O, Prezident Administrasiyasında Qərb bölgəsinin kuratoru olub.

Belə ki, elə indi başçı təyin olunduğu Gədəbəy rayonu ilə bərabər Şəmkir, Qazax, Ağstafa və digər rayonların da fəaliyyətini kurasiya edib. Öz vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq qərb rayonlarında dəfələrlə olub. Yəni ərazi ilə kifayət qədər tanışdır.

Onu da xatırladaq ki, bu vaxta qədər O. Mürsəlovun kurasiya etdiyi rayonlardan ikisinin – Şəmkir və Ağstafanın keçmiş icra başçıları həbs edilib.

Teqlər: