İCOMOS-un vitse-prezidenti Ağdam şəhərinə səfər edib (FOTO)

Aprelin 17-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti
İCOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq
Komissiyası) vitse-prezidenti Zeynəb Gül Ünal ilə birgə Ağdam
şəhərinə səfər edib.

Xidmətdən AzerTimes-a bildirilib ki, səfərdə Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu
istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov və İCOMOS
Azərbaycanın prezidenti Sədaqət Davudova iştirak edib.

Səfər çərçivəsində Ağdam şəhərində yerləşən “İmarət” kompleksi,
Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi, Şahmat
evi, Şahbulaq qalası, Qiyaslı kəndində yerləşən məscidə baxış
keçirilib.

Teqlər: