CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb

Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində Kvazulu-Natal
əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 443 nəfərə
çatıb.

Trend xəbər verir ki, bu barədə əyalət hökumətinin rəhbəri Sihle
Zikalala brifinq zamanı deyib.

“Ölənlərin sayı 443 nəfərə çatıb, 63 nəfər isə itkin düşmüş
sayılır”, – deyə S.Zikalala bildirib. Xatırladaq ki, daha əvvəl 398
nəfərin öldüyü bildirilirdi.

Onun sözlərinə görə, ən çox ölüm halı İtekveni bələdiyyə
dairəsində qeydə alınıb. Burada təbii fəlakət nəticəsində 350-dən
artıq insan ölüb.