İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-yə nisbət göstəricisinin yuxarı həddi təsdiqlənib – Fərman

Prezident İlham Əliyev icmal büdcənin qeyri-neft baza kəsirinin
qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət
borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli
dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2022-ci ilin sonuna
hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft
ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin təsdiq
edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, icmal büdcənin qeyri-neft baza
kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin
ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20,0 faiz, 2022-ci
ilin sonuna isə 27,5 faiz müəyyən edilsin.

Sənədə əsasən dövlət borcunun ümumi daxili məhsula nisbət
göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20,0
faiz müəyyən edilir.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll
etmək tapşırılır.

Teqlər: