İCESCO-nun Bakıda regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb

Mayın 20-də mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş
direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
qonağı salamlayaraq Şuşada keçirilən “Postmünaqişədən sonrakı
humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu
ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştirakına
görə minnətdarlığını bildirib.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki də öz
növbəsində dəvət üçün mədəniyyət nazirinə dərin təşəkkürünü
bildirərək, Azərbaycanla İCESCO arasında münasibətlərin davamlı
olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu
bildirib.

Tərəflər İCESCO-nun islam dünyasının birliyi və həmrəyliyi
yolunda verdiyi töhfələrin önəmini vurğulayıblar. Anar Kərimov Baş
Katibin tarixi zəfərimizdən sonra Qarabağ ərazisinə səfərini yüksək
dəyərləndirdiyini nəzərə çatdırıb. Həmçinin Şuşanın 2023-cü ildə
Türk dünyasının paytaxtı elan olunmasının tarixi hadisə olduğunu
vurğulayıb.

Sonda Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil,
Elm və Mədəniyyət Təşkilatı arasında İCESCO-nun Bakı şəhərində
regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb. Sazişə
əsasən İCESCO təşkilatın regional ofisini Bakı şəhərində
yerləşdirməklə İCESCO və onun üzv dövlətləri arasındakı
münasibətləri gücləndirmək və əməkdaşlıq əlaqələrini
möhkəmləndirmək əhəmiyyətini daşıyacaq.

Teqlər: