İçərişəhərin qala divarlarındakı 70 yazı təmizləndi

İçərişəhərin qala divarlarındakı 70 yazı təmizləndi

İçərişəhərin qala divarında törədilən vandalizm aktları tamamilə təmizlənib.

AzerTimes xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

“Son bir il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəfələrlə vandalizm aktları ilə qarşılaşıb. Belə ki, monitorinq nəticəsində 70-dən çox zərəryetirmə faktı aşkarlanıb. Bir müddət əvvəl ictimaiyyətə dünya əhəmiyyətli abidə olan Qala divarlarına qarşı vandalizm aktı barədə məlumat verilib. Qala divarını zədələyən şəxslər aidiyyəti strukturlarla birlikdə vaxtında müəyyən edilmiş və barələrində qanuni tədbirlər görülmüşdür.

Qala divarında vandalizm izlərinin təmizlənməsi və bərpa işləri ötən həftə beynəlxalq təcrübəyə malik mütəxəssislərin nəzarəti altında yerli heyət tərəfindən başa çatdırılıb”, – məlumatda bildirilir.

Teqlər: