İçərişəhərin qala divarları hissə-hissə bərpa olunacaq

Xəbər - Trend

Azərbaycanda Restavrasiya Mərkəzi açılacaq

İçərişəhərin qala divarlarının ümumi uzunluğu 900 metrden bir az
çoxdur. Onu bir etapda bərpa etmək mümkün deyil, ona görə ki, bu
böyük layihədir və kifayət qədər vaxt tələb edir. Digər səbəblərdən
biri də İçərişəhərdə sakinlər yaşayır və buranı turistlər ziyarət
edir. Belə qərara alınıb ki, qala divarları hissə-hissə bərpa
olunsun.

Trend xəbər verir ki, bu sözləri İçərişəhər tarix memarlıq
qoruğu idarəsinin aparat rəhbəri Riad Qasımov bu gün jurnalistlərə
açıqlamasında deyib.

Bundan əlavə yaxın gələcəkdə İçərişəhər tarix memarlıq qoruğu
idarəsinin nəzdində reatavrasiya mərkəzi açılacaq. Azərbaycanda ali
təhsil almış gənc mütəxəssislər həmin mərkəzə qoşularaq tarixi
abidələrin bərpası istiqamətində əvəzsiz təcrübə qazanmaq imkanı
əldə edəcəklər.

Teqlər: