İçərişəhərə turist axını gündən-günə artır – Şahin Seyidzadə

Son zamanlar İçərşəhərə daha çox restoran məkanı kimi baxılırdı.
Bu düşüncələri korrekt etmək fikrimiz var. Sözsüz ki, bir tərəfdən
burada restoranlar iaşə obyekti kimi turistlərə xidmət göstərir.
Digər tərəfdən isə İçərişəhər ərazisinə gəlmə səbəbi buradakı
mədəni irs, tarixi abidələr olmalıdır. Bizim məqsədimiz bu balansı
qorumaqdır.

Bu barədə
Trend
-in suallarını cavablayarkən İçərişəhər Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin
Seyidzadə bildirib.

Onun sözlərinə görə, bu gün tursit axınının gündən-günə artdığı
müşahidə edilir.

“Pandemiyadan əvvəl ərazidə informasiya turizm mərkəzi açılıb.
Turistlər giriş zamanı həm bukletlər, həm də interaktiv xəritə
vasitəsilə ərazidə yerləşən bütün muzeylər, məscidlər hamamlar və
tarixi abidələrlə tanış ola bilər”, – deyə Ş.Seyidzadə əlavə
edib.

Teqlər: